Nazirlik: Azərbaycanda yaxın iki gündə hava şəraiti günəşli və yağmursuz olacaq

Nazirlik: Azərbaycanda yaxın iki gündə hava şəraiti günəşli və yağmursuz olacaq “Fevral ayının 6 və 7-də ölkə ərazisində hava şəraiti sabit keçəcək”
Ekologiya
6 Fevral , 2017 10:46
Nazirlik: Azərbaycanda yaxın iki gündə hava şəraiti günəşli və yağmursuz olacaq

Bakı. 6 Fevral. REPORT.AZ/ “Azərbaycanda bu gün müşahidə olunan hava şəraiti sabah da davam edəcək”.

Bunu “Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

O bildirib ki, fevral ayının 6 və 7-də ölkə ərazisində hava şəraiti sabit keçəcək: "Hazırda müşahidə olunan sabit hava şəraiti bu gün və sabah da davam edəcək. Hava şəraitinin günəşli və əsasən yağmursuz olacağı gözlənilir".

Son xəbərlər

Orphus sistemi