Yuxarı

Nazirlik: Aran bölgəsinin meşə fondu ərazilərində meşə yoxdur

Nazirlik: Aran bölgəsinin meşə fondu ərazilərində meşə yoxdur
Azərbaycanda sənaye məqsədli meşələr salınacaq

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanda sənaye məqsədli meşələr salınacaq.

"Report"un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov məlumat verib.

Onun sözlərinə görə, ölkədəki meşə fondu ərazilərinin hamısı tam olaraq meşə ilə örtülü deyil: "Elə ərazilər var ki, məsələn, Aran bölgəsində meşə fondu əraziləri olsa da, orada meşə yoxdur. Suvarma imkanları olan ərazilərdə sənaye məqsədli meşələr salmaq istəyirik. Elə ağac növləri var ki, onlar sürətlə inkişaf edir və həmin ağaclardan sənaye məqsədləri üçün istifadə etmək olar".

V.Kərimov deyib ki, meşədən çıxarılan ağacların 10 faizi yanacaq məqsədi üçün istifadə olunursa, 90 faizi digər məqsədlər üçün istifadə edilir: "Sahibkarlar sənaye məqsədli meşə əraziləri sala və oradakı ağacların heabına özlərinin materiallara olan tələbatını ödəyə bilərlər. Sənaye məqsədli meşələrin salınması meşələrə olan müdaxilələrin azaldılmasına, ona gəlir mənbəyi kimi baxılmamasına səbəb olacaq. Belə meşələrin bu il ərzində salınması planlaşdırılır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi