Nazirlik ağacların dibinin asfaltlanması ilə bağlı icra hakimiyyətlərinə müraciət edib

Nazirlik ağacların dibinin asfaltlanması ilə bağlı icra hakimiyyətlərinə müraciət edib Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların dibinin asfaltlanması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.
Ekologiya
5056
31 Avqust , 2021 12:14
Nazirlik ağacların dibinin asfaltlanması ilə bağlı icra hakimiyyətlərinə müraciət edib
0 : 00
0 : 00

Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların dibinin asfaltlanması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

"Report" xəbər verir ki, bunu Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

“Əməkdaşlarımızın nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ərazidəki ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib”,- o deyib.

V.Cavadov analoji halların təkrarlanmaması üçün yerli icra hakimiyyətlərinə müraciət edib: "Belə halların baş verməməsi üçün, çox istərdik ki, yerli icra orqanları öz xidməti ərazilərində olan yaşıllıq sahələrinə, ağaclara həssaslıqla yanaşsınlar, bu cür halların təkrarlanmaması üçün nəzarəti gücləndirsinlər”.

Son xəbərlər

Orphus sistemi