Nazirlik Bakıda ağacın dibini betonlayan şəxsi cəzalandırıb

Nazirlik Bakıda ağacın dibini betonlayan şəxsi cəzalandırıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçrilib.
Ekologiya
23 Sentyabr , 2019 17:07
Nazirlik Bakıda ağacın dibini betonlayan şəxsi cəzalandırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Badamdar qəsəbəsi, İqor Ağayev küçəsi, 3 ünvanında ağacın dibinin betonlanması ilə bağlı daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçrilib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Eldar şamı ağacının dibinin betonlandığı və budağının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacın dibini betonlayan və budağını kəsən şəxsin həmin ünvanda yaşayan Fərdi Mirzəyev olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib olunub və ağacın dibi betondan təmizlənib.

Son xəbərlər

Orphus sistemi