Nazirlik Gəncədə qanunsuz ağac kəsən qadını cərimələyib

Nazirlik Gəncədə qanunsuz ağac kəsən qadını cərimələyib Araşdırma zamanı yaşköküstə ağacın sözügedən ünvanda yaşayan Gövhər Quliyeva tərəfindən aparılan tikinti işləri zamanı kəsildiyi aşkar edilib
Ekologiya
14 Avqust , 2017 09:14
Nazirlik Gəncədə qanunsuz ağac kəsən qadını cərimələyib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 14 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Gəncə şəhər sakini Hüseyn Əhmədov tərəfindən Üzeyir Hacıbəyov küçəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şikayət ETSN-nin yerli qurumlarının əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı 1 ədəd ağacın qanunsuz olaraq kəsildiyi məlum olub.

Araşdırma zamanı yaşköküstə ağacın sözügedən ünvanda yaşayan Gövhər Quliyeva tərəfindən aparılan tikinti işləri zamanı kəsildiyi aşkar edilib. 

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və ona inzibati xəta törətdiyinə görə qanunamüvafiq qaydada 2920 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi