Yuxarı

Nazirlik 32 iş üzrə 42 000 manat məbləğində cərimə tətbiq edib

Ölkədə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması araşdırılıb

Bakı. 10 mart. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib. 

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilən qanun pozuntularına görə 170 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 96 müddətli "məcburi göstəriş" verilib.

Ümumilikdə, 32 iş üzrə 42 000 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 22 iş üzrə 5 325.51 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 1089 iş üzrə 207 508 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 10, icra qurumlarına 28, məhkəmələrə isə 4 iş göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi