Nazirlik 100 iş üzrə 207400 manat cərimə tətbiq edib

Nazirlik 100 iş üzrə 207400 manat cərimə tətbiq edib Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 83 müddətli “məcburi göstəriş” verilib
Ekologiya
25 Dekabr , 2018 15:53
Nazirlik 100 iş üzrə 207400 manat cərimə tətbiq edib
0 : 00
0 : 00

Bakı. 25 dekabr. REPORT.AZ/ Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 1-15-də aparılmış araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 210 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 83 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 100 iş üzrə 207400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 32 iş üzrə 14068,01 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 192 iş üzrə 148565,07 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 36, icra qurumlarına 19, məhkəmələrə isə 5 iş göndərilib.

Son xəbərlər

Orphus sistemi