Nazir: "Polietilen torbaların məhdudlaşdırılması çox önəmlidir"

Nazir: "Polietilen torbaların məhdudlaşdırılması çox önəmlidir" Bakı. 14 noyabr. REPORT.AZ/ Təbiidir ki, polietilen torbalardan tamamilə imtina etmək mümkün olmayacaq, onların çeşidləri çoxdur. Amma bəzilərinin tədricən məhdudlaşdırılması çox önəmlidir.
Ekologiya
14 Noyabr , 2018 12:21
Nazir: Polietilen torbaların məhdudlaşdırılması çox önəmlidir
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev / Report/Elchin Murad
0 : 00
0 : 00

Bakı. 14 noyabr. REPORT.AZ/ "Təbiidir ki, polietilen torbalardan tamamilə imtina etmək mümkün olmayacaq, onların çeşidləri çoxdur. Amma bəzilərinin tədricən məhdudlaşdırılması çox önəmlidir".

"Report" xəbər verir ki, bunu "Caspian Ecology 2018" 9-cu Beynəlxalq Ətraf Mühit Sərgisində jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, polietilen torbaların məhdudlaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər tərəfdaş təşkilatlarla birgə təbliğat işləri aparır: "Maarifləndirmə işlərinin məqsədi plastik tullantıların idarə edilməsinə daha yaxın olmaq və bu problemi Azərbaycan üçün yumşaltmaqdır".

Nazirin sözlərinə görə, 2019-cu ildə bu ilki sərginin davamı olaraq 10-cu sərgi keçiriləcək: "Onu daha da təntənəli və daha maraqlı təşkil edəcəyik. Bu ilki sərgidə Azərbaycana tətbiq üçün çoxlu eksponatlar, maraqlı texnologiyalar gətirilib. Bizim vətəndaşların həmin texnologiyalarla tanış olması və o texnologiyaların öyrənilməsi çox vacibdir. Burdakı bütün texnologiyalar bizim üçün maraq kəsb edir və hamısı önəmlidir".

Son xəbərlər

Orphus sistemi