Nazir Hüseyn Bağırovun Ağsuda vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Nazir Hüseyn Bağırovun Ağsuda vətəndaşlarla görüşünün tarixi dəyişdirilib Görüşdə Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər
Ekologiya
24 May , 2016 10:51
Nazir Hüseyn Bağırovun Ağsuda vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Bakı. 24 may. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Ağsu şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Hüseyn Bağırovun may ayının 27-də Ağsu şəhərində Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan görüşünün tarixi iyun ayının 3-nə keçirilib.

Görüş saat 10:00-da Uşaq Yaradıcılıq Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Rəsulzadə 174) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 6 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Göyçay şəhəri, Rauf İsayev küçəsi 42) müraciət etmələri (əlaqə telefonları: 020-274-35-15, 055-455-41-21, 050-668-29-31) xahiş olunur.

Son xəbərlər

Orphus sistemi