Yuxarı

Nazir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi Saatlıda yeni iş yerləri açacaq"

Hüseyn Bağırov Saatlı rayonunda ictimaiyyət nümayəndələri və fəallarla görüşüb

Bakı. 30 yanvar. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Saatlı rayonunda ictimaiyyət nümayəndələri və fəallarla görüşüb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, rayonun Gənclər Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, sahibkarlar və Saatlı rayonundan seçilən deputatlar iştirak edib.

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, Azərbyacanda münbit investisiya şəraiti var, xarici və daxili investorlar Azərbaycana inamla yanaşır: "Daxili sabitlik, xalqla iqtidar arasındakı birlik, cəmiyyətdə ölkəmizin gələcəyi ilə bağlı nikbin fikirlərin üstünlük təşkil etməsi iqtisadi inkişafımıza təkan verir. Sevindirici hal ondan ibarətdir ki, son illər ərzində qeyri-neft sektorumuz uğurla artır. Əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Gələcək illərdə aparılan islahatlar isə qeyri-neft sektorunun daha da inkişafına gətirib çıxaracaq".

H.Bağırov indiki şəraitdə də mövcud iqtisadi sabitliyin qorunub saxlanılması üçün fermerlərə, sahibkarlara ayrılmış pay torpaqlarından, ümumiyyətlə rayonun torpaq fondundan səmərəli şəkildə yararlanmağı və yerli iqtisadiyyatın daha da inkişafı üçün müasir texnoloji prosesləri zamanında dəyərləndirməyi tövsiyə edib, sosial-iqtisadi inkişafın dayanıqlığının təmini üçün qüvvələrin səfərbər olmasının vacibliyini vurğulayıb.

O, nazirliyin rayonda gördüyü işlərə də toxunub. H.Bağırov bildirilib ki, rayon əhalisinin ekoloji cəhətdən sağlam mühitə malik olması üçün bir sira tədbirlər görülüb, o cümlədən əksər kəndlər sutəmizləyici qurğularla təhciz edilib, geniş miqyasda yaşıllıq sahələri salınıb. Növbəti 2 il ərzində isə bölgənin daha 30 kəndində sutəmizləyici qurğuların quraşdırılacağı rayon ictimaiyyətinin diqqətinə çartdırılıb. Eyni zamanda nazir yeni iş yerlərinin açılması məqsədilə Saatlı rayonunda yerli şəraitə uyğun ağac cinslərinin yetişdirilməsi üçün tinglik təsərrüfatlarının yaradılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarına tapşırıq verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi