Nazir: "Canavarların kəndlərə hücumu insanın yaratdığı problemdir, canavarın deyil"

Nazir: "Canavarların kəndlərə hücumu insanın yaratdığı problemdir, canavarın deyil" Hüseyn Bağırov: "Qanun canavar hücum etdikdə ondan müdafiə olunmağı qadağan etmir”
Ekologiya
18 Noyabr , 2015 12:54
Nazir: Canavarların kəndlərə hücumu insanın yaratdığı problemdir, canavarın deyil

Bakı. 18 noyabr. REPORT.AZ/ “Canavarların kəndlərə hücumu insanın yaratdığı problemdir, canavarın deyil”. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

O bildirib ki, son illər Azərbaycan əhalisinin və kəndlərdə tikilən evlərin sayı artıb: Vaxtilə Azərbaycanda kəndlərdə on ev var idi, indi yüz ev var. İnsan torpaqları işğal edir. Bir tərəfdən həmin canavarın təbii arealı daralır, digər tərəfdən təbii yem bazası məhv edilir. İkinci tərəfdən də biz gözləyirik ki, o özünə alternativ tapmasın. Qanun canavar hücum etdikdə ondan müdafiə olunmağı qadağan etmir”.
Nazir qeyd edib ki, canavarları heç kim məqsədli surətdə heç kimin üzərinə yeritmir: “Azərbaycan tarixində şir və pələng olub, amma məhv olub. Bəbirlərin sayı azalıb. Canavar da olub və olsa yaxşıdır. Əgər biz Azərbaycanın böyük bir fermaya çevrilməməsini, bağların, çəmənlərin, meşələrin, toxunulmaz yerlərin qalmasını istəyiriksə, bunu nəzərə almalı və həyatımızı buna uyğun qurmalıyıq”.

Son xəbərlər

Orphus sistemi