Nazir BMT-ni Ermənistanın Oxçuçayı çirkləndirməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb

Nazir BMT-ni Ermənistanın Oxçuçayı çirkləndirməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb “2020-ci ildən başlayaraq biz dəfələrlə müvafiq beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf mühit Proqramı və digərlərinə Ermənistan tərəfindən daimi çirkləndirilmə ilə bağlı transsərhəd Oxçuçay çayının, eləcə də
Ekologiya
16 mart 2023 08:24
Nazir BMT-ni Ermənistanın Oxçuçayı çirkləndirməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb
Muxtar Babayev

“2020-ci ildən başlayaraq biz dəfələrlə müvafiq beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Avropa İqtisadi Komissiyası, BMT-nin Ətraf mühit Proqramı və digərlərinə Ermənistan tərəfindən daimi çirkləndirilmə ilə bağlı transsərhəd Oxçuçay çayının, eləcə də digər regional çayların ekoloji təhlükələri və kritik vəziyyəti ilə bağlı müraciət etmişik”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə yüksək səviyyəli strateji məsləhətləşmələr zamanı deyib.

O qeyd edib ki, Azərbaycan bu problemin həlli və çirklənmənin qarşısının alınması ilə bağlı heç bir konkret və mənalı cavab almayıb: “Bu, transsərhəd su problemləri ilə məşğul olmaq üçün qaçırılmış fürsət idi. Amma yenə də biz inanırıq ki, BMT agentlikləri ilə sıx əməkdaşlıq etməklə mövcud vəziyyəti dəyişə biləcəyik”.

Son xəbərlər

Orphus sistemi