Nazir: "Azərbaycanda yeni zeytun bağları salınacaq"

Nazir: "Azərbaycanda yeni zeytun bağları salınacaq" Hüseyn Bağırov: ​"Son illərdə 4 min hektardan çox ərazilər tam yaşıllaşdırılıb"
Ekologiya
1549
23 May , 2017 13:25
Nazir: Azərbaycanda yeni zeytun bağları salınacaq

Bakı. 23 may. REPORT.AZ/ "Son illərdə 4 min hektardan çox ərazilər tam yaşıllaşdırılıb. Əkilən ağacların 2 min hektardan çoxu zeytun ağaclarıdır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

O bildirib ki, zeytun bağlarını 5 min hektara çatdırmağı nəzərdə tuturlar: "Bu o deməkdir ki, Azərbaycana artıq xaricdən zeytun yağı, yaxud zeytun məhsulları gətirilməyəcək. Düşünürük ki, zeytun məhsullarını özümüz ixrac edəcəyik. Yaxın 4-5 ildə biz bu işin öhdəsindən gələcəyik". 

Nazirin sözlərinə görə, Azərbaycanda ümumilikdə 7 min hektar aqromeşə əraziləri var: "Onun 3 min hektarı əvvəlki illərdə salınan qoz, fındıq, şabalıd bağlarıdır. Növbəti 5 ildə 96 milyon meyvə tingi yetişdirməyi qarşımıza məqsəd qoymuşuq".

Son xəbərlər

Orphus sistemi