Onun sözlərinə görə, böyük axarların, kanalizasiya tullantıları üzərində “Azərsu” özünün müəssisələrini tikib, bununla da dənizə təmiz suyu axıdır: “Yiyəsiz, sahibi olmayan axıntıların üzərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 17 stansiya quraşdırıb. Bu stansiyalar axan suları təmizləyir və yenidən dənizə buraxır. Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən çimərlik mövsümündə aparılan yoxlamalar nəticəsində insanlara ziyan dəyməyəcəyi məlum olur. Məhz bu 104 kilometrdə patrogen mikroblarının olmadığı üzə çıxır”.
Nazir deyib ki, 60-a yaxın rayon mərkəzində çirkli suların təmizlənməsi ilə bağlı kanalizasiya sistemlərinin qurulması layihələri həyata keçirilir: “Bir milyarddan çox investisiya qoyulub. Həmin layihələrin başa çatması ölkədə bu sahədə vəziyyəti normal səviyyəyə çatdıracaq”.