Nazir: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"

Nazir: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var" Azərbaycan əhalisinin, təxminən, 40 faizi Bakı və Abşeron ərazisində yaşayır. Abşeron ərazisində yaşıllıq az olduğu üçün orada yeni ağacların əkilməsinə ehtiyac var.
Ekologiya
25 İyun , 2019 13:05
Nazir: Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var

"Azərbaycan əhalisinin, təxminən, 40 faizi Bakı və Abşeron ərazisində yaşayır. Abşeron ərazisində yaşıllıq az olduğu üçün orada yeni ağacların əkilməsinə ehtiyac var".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev BMT-nin Dövlət xidmətləri forumu çərçivəsində keçirilən seminarda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bunun üçün yeni su mənbələri tapılmalıdır: "Abşeron coğrafi baxımdan səhra və yarımsəhradır. Burada suyun ənənəvi yolları olmadığı üçün şəhər ətrafından gətirilir. Bu da qarşımızda duran ən vacib məsələlərdən biridir".

M.Babayev həmçinin əlavə edib ki, hazırda Azərbaycana hibrid avtomobillərin gətirilməsi təşviq edilir: "Bunula da atmosferə atılan zərərli qazların təsirini azaltmaq istəyirik". 

Son xəbərlər

Orphus sistemi