Nazim Məcidov: "Milli Parkda ağac və bəzək kollarına hələ ehtiyac yoxdur"

Nazim Məcidov: "Milli Parkda ağac və bəzək kollarına hələ ehtiyac yoxdur" Park ərazisində yaz mövsümü ilə əlaqədar olaraq gül-çiçək əkini həyata keçirilir
Ekologiya
12 Mart , 2016 15:34
Nazim Məcidov: Milli Parkda ağac və bəzək kollarına hələ ehtiyac yoxdur

Bakı. 12 mart. REPORT.AZ/ Milli Parkın ərazisində müxtəlif növ çiçəklərin əkilməsinə başlanılıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

Onun sözlərinə görə, hələ ki, parkın ərazisində bəzək kollarının və ağacların əkilməsinə ehtiyac yoxdur: "Bu, həm də bir az maliyyə məsələsi ilə bağlıdır. Lakin ehtiyac olarsa ağac və kollar da əkiləcək". 

Son xəbərlər

Orphus sistemi