Naxçıvanda ötən ay qeydiyyata alınan daşınmaz əmlakın sayı açıqlanıb

Naxçıvanda ötən ay qeydiyyata alınan daşınmaz əmlakın sayı açıqlanıb “Dədə Qorqud yurdu Naxçıvan” tarixi və etnoqrafik atlasının tərtib olunması ilə əlaqədar 240 xəritə hazırlanıb
Ekologiya
14 Dekabr , 2016 20:10
Naxçıvanda ötən ay qeydiyyata alınan daşınmaz əmlakın sayı açıqlanıb

Bakı 14 dekabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən ötən ay qeydiyyata alınan daşınmaz əmlakın sayı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Muxtar Respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, təsdiqlənmiş qrafik əsasında Naxçıvan şəhərinin Qaraxanbəyli, Şərur rayonunun Çərçiboğan və Aşağı Yaycı, Ordubad rayonunun Dəstə və Kələntər Dizə, Babək rayonunun Şıxmahmud və Çeşməbasar, Şahbuz rayonunun Badamlı, Culfa rayonunun Ərəfsə kəndlərində vətəndaşlara səyyari xidmət göstərilib, ümumilikdə, 87 müraciətə baxılıb. Bu dövrdə 512 texniki sənəd haqqında məlumat Milli Qeydiyyat Sisteminə daxil edilib, 361 texniki sənəd hazırlanıb. Noyabr ayında daxil olan müraciətlərə əsasən 14 əmlak qiymətləndirilib, yeni yaranmış 49 daşınmaz əmlak obyektinə ünvan verilib. 

“Dədə Qorqud yurdu Naxçıvan” tarixi və etnoqrafik atlasının tərtib olunması ilə əlaqədar 240 xəritə hazırlanaraq Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə təqdim olunub. 

Bundan başqa, Şərur rayonunun Çərçiboğan, Çomaxtur və Danyeri bələdiyyələrinə aid sərhəd xəritələri və yerquruluşu materialları elektron variantda işlənib, Culfa rayonunun Qazançı, Ləkətağ, Milax və Saltaq bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin xəritələri hazırlanıb.  

Son xəbərlər

Orphus sistemi