Naxçıvanda müasir standartlara cavab verən avtomat meteostansiyalar quraşdırılıb

Naxçıvanda müasir standartlara cavab verən avtomat meteostansiyalar quraşdırılıb Bakı. 7 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında meteoroloji müşahidə şəbəkəsinin təkmilləşdirilməsi prosesinə başlanılıb.
Ekologiya
7 İyun , 2018 17:19
Naxçıvanda müasir standartlara cavab verən avtomat meteostansiyalar quraşdırılıb
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında meteoroloji müşahidə şəbəkəsinin təkmilləşdirilməsi prosesinə başlanılıb. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Artıq Muxtar Respublikada Finlandiya istehsalı olan müasir standartlara cavab verən avtomatlaşdırılmış stansiyalar vasitəsilə 7 meteoroloji parametr üzrə məlumatların əldə olunması və ötürülməsi mümkün olacaq.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və dəstəyi ilə avtomat meteostansiyalardan biri Naxçıvan, digəri isə Culfa şəhərində quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi