Yuxarı

​Naxçıvanda atmosfer havasına atılan çirkləndirici maddələrin miqdarında artım qeydə alınıb

2005-ci ildə 0,3 min, ötən il 28,6 min ton çirkləndirici maddə atmosferə atılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ 2000-ci illə müqayisədə son beş ildə Naxçıvan Muxtar Respublikasında (MR) atmosfer havasına stasionar mənbələrdən atılan çirkləndirici maddələrin miqdarında artım qeydə alınıb.

Bu barədə "Report" MR-in Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

2000-ci ildə 0,7 min çirkləndirici maddə stasionar mənbələrdən atmosfer havasına atılıb. 2005-ci ildə bu rəqəm 0,3 min, 2008-ci ildə isə 16,2 min ton olub.

2010-cu ildə 19,3 min, 2011-ci ildə 27,4 min, 2012-ci ildə 32,3 min, 2013-cü ildə 34,7 min, ötən il isə 28,6 min ton çirkləndirici maddələr atmosfer havasına atılıb.

Paralel olaraq muxtar respublikada ötən illər ərzində yeni salınan, bərpa olunan meşə massivləri, yaşıllıq zolaqlarının sahəsi və əkilən ağacların sayında artım qeydə alınıb.

1995-2000-ci illərdə muxtar respublikanın ərazisində yeni salınmış, bərpa olunmuş meşə massivləri və yaşıllıq zolaqlarının sahəsi 2585 hektar olub.

2006-2010-cu illərdə bu rəqəm 4240,7, ötən il isə 536,5 hektar olub.

1995-2000-ci illərdə muxtar respublikada 350 min ədəd ağac və bəzək kolları əkildiyi halda, ötən il bu rəqəm 440,7 min ədəd olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi