Muxtar Babayev vətəndaşların müraciətlərini dinləyib

Muxtar Babayev vətəndaşların müraciətlərini dinləyib Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, iyunun 23-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Göyçay şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Ekologiya
23 iyun 2023 09:21
Muxtar Babayev vətəndaşların müraciətlərini dinləyib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, iyunun 23-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Göyçay şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, qəbuldan əvvəl nazir və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi