Muxtar Babayev İranın vitse-prezidenti ilə görüşüb

Muxtar Babayev İranın vitse-prezidenti ilə görüşüb İranın vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.
Ekologiya
21 oktyabr 2022 11:33
Muxtar Babayev İranın vitse-prezidenti ilə görüşüb

İranın vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Səlaceqenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Bakıda keçirilən “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclasının əhəmiyyəti vurğulanıb, ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi