Muxtar Babayev Biləsuvarda vətəndaşları qəbul edib

Muxtar Babayev Biləsuvarda vətəndaşları qəbul edib Bakı. 25 yanvar. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarının vətəndaşlarını qəbul edib.
Ekologiya
25 Yanvar , 2019 15:12
Muxtar Babayev Biləsuvarda vətəndaşları qəbul edib

Bakı. 25 yanvar. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Biləsuvar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Biləsuvar, Cəlilabad, Salyan və Neftçala rayonlarının vətəndaşlarını qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi