Muxtar Babayev belaruslu rejissor İqor Bışnyovu qəbul edib

Muxtar Babayev belaruslu rejissor İqor Bışnyovu qəbul edib Bakı. 28 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun “Aves” kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.
Ekologiya
28 May , 2018 11:56
Muxtar Babayev belaruslu rejissor İqor Bışnyovu qəbul edib

Bakı. 28 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Belarusun “Aves” kinostudiyasının rəhbəri, rejissor İqor Bışnyov arasında görüş keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı M.Babayev belaruslu qonağa Azərbaycanın milli parkları barədə çəkdiyi yüksək keyfiyyətli sənədli filmlərə görə təşəkkür edib.

Bu işin təşkilində IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın böyük zəhməti xüsusi qeyd olunub. Azərbaycan təbiətinin tərənnümü ilə bağlı gələcək əməkdaşlıq planları müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi