Bakı. 14 noyabr. REPORT.AZ/ "Bu il keçirilən sərgidə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, plastik və polietilen tullantıların utilizasiyası, təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz məhsullar, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və s. mövzularda yeni texnologiyaların və təcrübələrin nümayiş etdirilməsi nəzərdə tutulub".
"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri
O bildirib ki, sərgidə 10-a yaxın ölkədən, o cümlədən Almaniya, Böyük Britaniya, Finlandiya, İtaliya, Türkiyədən olan 43 şirkət öz məhsul və təcrübələrini nümayiş etdirəcək: "Çox fərəhləndirici haldır ki, ölkəmizdə ətraf mühit mövzusuna həsr olunan sərgilərin keçirilməsi artıq ənənəyə çevrilib, bu sərgilər beynəlxalq şirkətlərin maraq dairəsinə daxil olub. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir".
Nazir deyib ki, sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək, perspektivli əməkdaşlıq əlaqələri qurmaq və təcrübə mübadiləsi aparmaqdır. M.Babayev vurğulayıb ki, ekologiya mövzusuna həsr olunan sərgilərin keçirilməsi ətraf mühitə dost texnologiyaların nümayiş etdirilməsi ilə yanaşı, əhalinin ekoloji maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazirin sözlərinə görə, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: "Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə Azərbaycanda hasil edilib. XX əsrdə isə ilk dəfə olaraq, dünyada dəniz yataqlarından neft yenə də
M.Babayev qeyd edib ki, sərgi çərçivəsində ilk dəfə olaraq beynəlxalq elmi konfranslar keçiriləcək: "Noyabrın 15-dəə keçiriləcək “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda regional elmi konfransın məqsədi Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların azalması, qeyri-qanuni balıq ovunun mənfi təsirləri, akvakulturanın inkişaf prioritetləri və imkanları mövzuları ətrafında fikir mübadiləsi aparmaq və problemlərdən çıxış yollarının müzakirəsindən ibarətdir".