Mütəxəssis: "Bakıda köhnə metro qatarlarının çıxardığı səslər insan sağlamlığına təhlükə yaradır"

Mütəxəssis: "Bakıda köhnə metro qatarlarının çıxardığı səslər insan sağlamlığına təhlükə yaradır" "Bəzi köhnə qatarların hərəkəti zamanı normadan artıq səs yaranır"
Ekologiya
10 Aprel , 2017 15:02
Mütəxəssis: Bakıda köhnə metro qatarlarının çıxardığı səslər insan sağlamlığına təhlükə yaradır

Bakı. 10 aprel. REPORT.AZ/ Bakı Metropoliteninin "28 May", "20 Yanvar", "Neftçilər" kimi stansiyalarında aparılan tədqiqatlar zamanı bəzi qatarların çıxardığı səs-küyün normadan artıq olduğu müəyyənləşib.

AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev "Report"a bildirib ki, tədqiqat zamanı sovet dövründən qalma bəzi köhnə qatarların çıxardığı səs-küyün 70-80 desibeldən (DB) artıq olduğu məlum olub.

Onun sözlərinə görə, bu hal xüsusilə qatarlar stansiyaya yaxınlaşanda qeydə alınıb: "Sovet dövründən qalan bəzi qatarlar stansiyaya yaxınlaşanda, hərəkət edəndə, siqnal verəndə çıxan səslər 70-80 DB arası olur. Səhiyyə Nazirliyi isə 56-60 desibeldən yuxarı səsi insan sağlamlığı üçün təhlükəli hesab edir".

Ə.Əliyev deyib ki, qatarların yenilənməsi, səs-küyü az olanlarla əvəzlənməsi, həddindən artıq sürət, yüksək siqnal kimi amillərə son qoyulması ilə problemi həll etmək mümkündür. 

Son xəbərlər

Orphus sistemi