Moskvada sutka ərzində ikinci temperatur rekordu müəyyən edilib

Moskvada sutka ərzində ikinci temperatur rekordu müəyyən edilib Dekabrın ortasında havanın temperaturu aprelin ortalarına uyğundur
Ekologiya
17 Dekabr , 2017 23:45
Moskvada sutka ərzində ikinci temperatur rekordu müəyyən edilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Moskvada sutka ərzində ikinci mütləq temperatur rekordu qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Hidrometeoroloji Elmi-Tədqiqat Mərkəzinin rəhbəri Roman Vilvanda istinadən "İnterfax" məlumat yayıb.

"Bu gün rekord qeydə alınıb. Dekabrın 17-si bütün müşahidə dövrü ərzində ən yüksək temperatur +6,4°S səviyyəsində olub. Lakin bu gün 09.00 və 10.00-da Moskvada temperatur +8°S təşkil edib. Temperatur anomaliyası normadan 11°S yuxarıdır. Bu inanılmaz dərəcədə isti havadır: Dekabrın ortasında olan hava aprelin ortalarına uyğundur", — deyə Vilfand bildiriöb.

Son xəbərlər

Orphus sistemi