Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.
Ekologiya
29 Yanvar , 2022 13:10
Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb

Milli parkların ərazisində mühafizə rejimini pozan şəxslər cəzalandırılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Report"a bildirib ki, Ağgöl Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb:

"Araşdırma zamanı brakonyerin Ağcabədi şəhər sakini Elçin Mustafayev olduğu müəyyən edilib. Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı isə milli parkın İsmayıllı bölməsinin ərazisində mühafizə rejimini pozan İsmayıllı rayon sakini Tərlan Qormuqov saxlanılıb”.

Xidmət rəsmisinin sözlərinə görə, hər iki faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi