Milli Hidrometeorologiya Departamentinin 4 əməkdaşına töhmət verilib

Milli Hidrometeorologiya Departamentinin 4 əməkdaşına töhmət verilib Hüseyn Bağırov şöbə rəhbərlərinin fəaliyyəti ilə bağlı əlavə araşdırma aparılmasını tapşırıb
Ekologiya
5 Fevral , 2015 11:56
Milli Hidrometeorologiya Departamentinin 4 əməkdaşına töhmət verilib

Bakı. 5 fevral. REPORT.AZ/ İşlərində yol verdikləri nöqsanlara görə Meşələrin İnkişafı Departamentinin iki rayon üzrə Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət, digər iki rayon MMBM-nin direktorlarına isə töhmət verilib. "Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən Kollegiya iclasında məlumat verilib.

İclasda bildirilib ki, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin tabeçiliyində olan 3 qurumunun rəhbərinə töhmət verilib, birinə isə xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Departamentindən isə regional idarənin 4 məsul şəxsinə töhmət verilib.

Həmçinin, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyi pozan hüquqi və fiziki şəxslərin onlara tətbiq edilən cərimələri ödəməkdən yayınması, hüquq-mühafizə orqanlarına, məhkəmə və məhkəmə icraçılarına göndərilən işlərin əksəriyyətinin baxılmamış qalması xüsusi qeyd olunub, bununla bağlı vəzifələrinin icrasında kifayət qədər prinsipiallıq göstərməyən əməkdaşlara ciddi göstərişlər verilib. Nöqsanlara yol verən müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində həmin nöqsanların aradan qaldırılması üçün Departament və onların tabeçiliyində olan qurum rəhbərlərinə konkret tapşırıqlar verilib. Eyni zamanda iclasda bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin rəhbərlərinin fəaliyyəti ilə bağlı əlavə araşdırma aparılması tapşırılıb. Buna uyğun olaraq bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin məsul şəxsləri barəsində 10 gün müddətində son qərar qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi