Yuxarı
    Bağlamaq

    ​Milli Hidrometeorologiya Departamenti Azərbaycandakı faktiki hava şəraiti ilə bağlı rəsmi məlumat yayıb

    Qubanın Susay məntəqəsində, Qusarın Ləzə stansiyasında, Kəlvəzdə sulu qar, qar yağıb

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi oktyabrın 19-da ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə şiddətlənib. Nazirlikdən “Report”a bildirilib ki, yağış bəzi ərazilərdə intensivləşib, Lənkəran-Astara zonasında isə güclü olub.

    Ən çox düşən yağıntının miqdarı Astarada 70 (aylıq normanın 26 faizi), Yardımlıda 53 (aylıq normanın 51 faizi), Lənkəranda 49, Göytəpədə 37 (aylıq normanın 36 faizi), Rvarudda (Lerik) 29, Biləsuvarda 24 (aylıq normanın 52 faizi), Lerik, Kəlvəzdə 19, Ordubad, Salyanda 18, Neftçalada 16 (aylıq normanın 35 faizi), Bakıda və Abşeron yarımadasında 3-15, Naxçıvan MR-da 2-13, Kiçik Qafqazda 4-10, Böyük Qafqazda 1-9, Mərkəzi Aran rayonlarında 1-5 mm təşkil edib.

    Qubanın Susay məntəqəsində, Qusarın Ləzə stansiyasında, Kəlvəzdə sulu qar, qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlvəzdə 16 sm olub.

    Şimal-qərb küləyinin sürəti Abşeron yarımadasında və bəzi Kür vadisi rayonlarda 30 m/s-dən artıq olub, bir çox rayonlarda isə 15 m/s-dən 27 m/s-dək güclənib.

    Oktyabrın 19-da Bakıda temperatur günün birinci yarısında iqlim normasından 2 dərəcə yüksək olub, axşama doğru kəskin aşağı düşüb, oktyabrın 20-də gecə və səhər minimal temperatur Bakıda və Abşeron yarımadasında 7-9, Aran rayonlarında 7-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcəyədək, Naxçıvan MR-da 6-8 dərəcə isti təşkil edib.

    Çaylarda sululuq artıb, Lənkərançay-Lənkəranda 160, Lənkərançay-Sifidorda 101, Vəşərüçay-Daştatükdə 78 sm olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi