Məşhur hindistanlı yoqin Sadhqurunun “Torpağı qoruyaq” missiyası Azərbaycanda

Məşhur hindistanlı yoqin Sadhqurunun “Torpağı qoruyaq” missiyası Azərbaycanda Məşhur hindistanlı yoqin Sadhquru “Torpağı qoruyaq” (“Save Soil”) qlobal kampaniyaya dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında iştirak edib.
Ekologiya
1 May , 2022 15:15
Məşhur hindistanlı yoqin Sadhqurunun “Torpağı qoruyaq” missiyası Azərbaycanda

Məşhur hindistanlı yoqin Sadhquru “Torpağı qoruyaq” (“Save Soil”) qlobal kampaniyaya dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında iştirak edib.

“Report” ETSN-ə istinadən xəbər verir ki, tədbirə həmçinin Ekokönüllülər, RİİB könüllüləri, “EkoSfera” Sosial-Ekoloji Mərkəzi və “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının gənc ekoloqları da qoşulub.

Qeyd edək ki, Sadhquru planeti yox olmaq təhlükəsindən xilas etmək naminə ötən ay torpağın qorunması uğrunda qlobal kampaniyaya start verib. Bu məqsədlə başlayan 100 günlük səyahətində motosikletlə Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin 26 ölkəsini - ümumilikdə 30 min kilometr məsafəni qət edərək, yolboyu ətraf mühit müdafiəçiləri ilə görüşlər keçirir.

Son xəbərlər

Orphus sistemi