Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Quba rayonunun Pirvahid adlanan ərazisindəki pay torpaqlarında yanğın hadisəsi baş verib. Bu barədə "Report"a
Məlumata əsasən, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısını almaq üçün ETSN-in yerli qurumlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası təcili olaraq yanğının baş verdiyi əraziyə ezam olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində təcili tədbirlər həyata keçirilir.