Meşələrin qanunsuz qırılmasının qarşısını almaq üçün növbəti görüş keçirilib

Meşələrin qanunsuz qırılmasının qarşısını almaq üçün növbəti görüş keçirilib Bakı. 13 iyun. REPORT.AZ/ Meşələrin biznes məqsədi ilə qəddarcasına kəsilməsi hallarının qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində növbəti görüş keçirilib.
Ekologiya
13 İyun , 2018 10:23
Meşələrin qanunsuz qırılmasının qarşısını almaq üçün növbəti görüş keçirilib
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Meşələrin biznes məqsədi ilə qəddarcasına kəsilməsi hallarının qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində növbəti görüş keçirilib.

Bu barədə "Report"a nazirliyin mətbuat cxidmətindn məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərinin, rayon İcra Hakimiyyəti rəsmilərinin, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanları əməkdaşlarının, ictimaiyyət və bələdiyyə nümayəndələrinin iştirak etdiyi görüşdə meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması, cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin artırılması məsələlələri müzakirə edilib. Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı ETSN tərəfindən qəti tədbirlərin görüləcəyi bildirilib. Ciddi ictimai nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilib.

Biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam şəkildə alınması üçün rayonda ictimai nəzarətin və ictimai mühafizənin təşkilinə dair qərar qəbul edilib.

Nazirlik tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı qəti və barışmaz mübarizə aparılması məqsədilə görüşlərin təşkili davam etdirilir.

Son xəbərlər

Orphus sistemi