Meşələrdə ağıllı suvarma sisteminin yaradılması mövzusunda təlim keçirilib

Meşələrdə ağıllı suvarma sisteminin yaradılması mövzusunda təlim keçirilib Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən Meşə Təsərrüfatı və Suvarma İdarələrinin nümayəndələri üçün meşələrdə ağıllı suvarma sisteminin yaradılması mövzusunda təlim keçiri
Ekologiya
1 Oktyabr , 2022 13:09
Meşələrdə ağıllı suvarma sisteminin yaradılması mövzusunda təlim keçirilib

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən Meşə Təsərrüfatı və Suvarma İdarələrinin nümayəndələri üçün meşələrdə ağıllı suvarma sisteminin yaradılması mövzusunda təlim keçirib.

"Report"un xəbərinə görə, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ağıllı suvarma sistemi ilə yaşıllığın qorunması” adlı layihəsi çərçivəsində baş tutub.

26 sentyabr - 1 oktyabr tarixlərində keçirilən təlimlərə 30 nəfər cəlb edilib. İki hissədən ibarət təlimin nəzəriyyə hissəsində iştirakçıların bu sahədə bilik və bacarıqlarını artırılıb, praktik hissədə isə Qazax rayon Balaçaylı kəndində yerləşən 22 hektar meşə zolağının quraqlıq zamanı günəş panelləri ilə işləyən artezian qurğusu ilə suvarılması üçün layihə hazırlanıb.

Qeyd edək ki, Balaçaylı kəndində günəş enerjisi ilə işləyən suvarma qurğusu Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin Yaponiyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində ərsəyə gəlib.

Son xəbərlər

Orphus sistemi