Meşədə ağac kəsən şəxslər cəzalandırılıb

Meşədə ağac kəsən şəxslər cəzalandırılıb Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik meşəbəyliyində ağac kəsən şəxslər saxlanılıb. Araşdırma zamanı qanun pozucularının Lerik rayon sakinləri Salman Həşimov və Əflatun Almasov olduğu müəyyən edilib.
Ekologiya
7 Aprel , 2020 12:41
Meşədə ağac kəsən şəxslər cəzalandırılıb

Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik meşəbəyliyində ağac kəsən şəxslər saxlanılıb. Araşdırma zamanı qanun pozucularının Lerik rayon sakinləri Salman Həşimov və Əflatun Almasov olduğu müəyyən edilib.

Regional Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Rafael Tahirov “Report”a bildirib ki, Salman Həşimov əvvəllər də meşədə qanunsuz ağac kəsdiyinə görə cərimə olunub və barəsində toplanmış materiallar hüquq-mühafizə orqanına göndərilib.

O qeyd edib ki, Əflatun Almasov isə əvvəllər meşə gözətçisi işləyib: “Əmək funksiyasını yerinə yetirmədiyi üçün 2018-ci ildə işdən azad olunub. Ağac kəsənlər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Lerik rayon Prokurorluğuna göndərilib”.

Son xəbərlər

Orphus sistemi