Yuxarı

Azərbaycanda baş vermiş meşə yanğınlarının səbəbləri açıqlanıb

İki gün davam edən yanğınlar olsa belə, böyük fəlakətlərə səbəb olmadı

Bakı. 24 dekabr. REPORT.AZ/ Meşə yanğınları bu il havanın quraq keçməsi ilə bağlı oldu. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir bildirib ki, bu il böyük yanğınlar baş verməsə də, ucqar, əlçatmaz yerlərdə meşə ərazisindəki kol-kos yandı: "Fövqəladə Hallar Nazirliyi ilə yanğınların qarşısını ala bildik. İki gün davam edən yanğınlar olsa belə, böyük fəlakətlərə səbəb olmadı".

H.Bağırov deyib ki, meşə yanğınlarının əsas səbəbkarı insanlardır: "Onlar istirahət edən zaman ocaq yandırır və onu tam söndürmədən ərazidən uzaqlaşırlar. Bu baxımdan biz öz fəaliyyətimizi qurmuşuq".
Nazir bildirib ki, yanğınlar həm dairəvi ildırım çaxması, bir neçə ağacların budaqlarını birləşdirərək qığılcım yaranmasına və yanğına səbəb olur. Yanğınların digər səbəbi təbii hadisələr zamanı da, baş verə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi