Meşə materiallarını qanunsuz daşıyan şəxslər müəyyən edilib, iş prokurorluğa göndərilib

Meşə materiallarını qanunsuz daşıyan şəxslər müəyyən edilib, iş prokurorluğa göndərilib Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Qazel” və “Mercedes-Benz” markalı avtomobillər vasitəsilə meşə materiallarının qanunsuz daşındığı müəyyən olunub.
Ekologiya
20 Sentyabr , 2021 18:41
Meşə materiallarını qanunsuz daşıyan şəxslər müəyyən edilib, iş prokurorluğa göndərilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Qazel” və “Mercedes-Benz” markalı avtomobillər vasitəsilə meşə materiallarının qanunsuz daşındığı müəyyən olunub.

Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı 5,58 m3 həcmində meşə materialı aşkar edilib.

“Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materiallarının rayon sakinləri Cavid Səfərov və Nurəddin Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 2293 manat məbləğində ziyan dəydiyi məlum olub”, - o deyib.

B.Məhəmmədov qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lənkəran Rayon Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi