“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin III Respublika müsabiqəsinin final mərhələsi keçirilib.
"Report" xəbər verir ki,
B il Respublika üzrə 2000-ə yaxın məktəbli arıçılıq, tərəvəzçilik, gülçülük, meyvəçilik, meşə məhsulları, quşçuluq və heyvandarlıq nominasiyaları üzrə iştirak edib. Müsabiqənin yekun mərhələsində 100 şagird finala vəsiqə qazanıb.
Məktəblilər ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, səmərəli istifadəsi, bərpası və mühafizəsi üzrə maarifləndiriliblər.
Üç gün ərzində keçirilən müsabiqə zamanı Azərbaycanın bütün rayonlarından gələn məktəblilər bir-birləri ilə daha yaxından tanış olub, gördükləri iş və təcrübələri paylaşıblar. Onlar həm elmi-praktiki baxımdan, həm də şəhərin gəzməli və görməli yerlərini gəzərək vaxtlarını səmərəli keçiriblər.
İştirakçıları il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümünələri paytaxt Bakı şəhərində yekun sərgidə nümayiş etdiriblər. Nitqləri ilə münsiflər heyyətinin rəğbətini qazanan məktəblilərdən 27 şagird öz doğma şəhər və rayonlarına nailiyyətlərlə qayıdıblar.
Bu müsabiqənin şagirdlərin yeni-yeni ideyalarının gerçəkləşməsi üçün bir addım olacağını vurğulayan müəllimlər növbəti illərdə də uşaqların böyük məmnuniyyətlə qatılacaqlarını söyləyiblər.



