Təbiətşünaslıq və ekologiya sahəsində Azərbaycan elminə və təbiətinə töhfələr verən akademik Həsən Əliyevin Azərbaycanda, o cümlədən Abşeron yarımadasında meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarının salınmasında misilsiz xidmətlərini nəzərə alaraq
Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, görkəmli alim Həsən Əliyev Azərbaycanda insan və təbiət münasibətlərinə yeni baxış sisteminin formalaşdırılmasında, yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində, yeni yaşıllıqların salınmasında mühüm xidmətləri ilə gələcək nəsillərə örnək olub.
Tədbirlərin keçirilməsində də məqsəd ölkədə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş görkəmli alim Həsən Əliyevin xatirəsini yad etmək, onun ətraf mühit sahəsində qoyduğu irsi davam etdirmək, insanlar arasında təbiətə olan qayğı hissini təbliğ etməkdir.