Yuxarı

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bəzi yerlərdə çiskin olacaq

Bakı. 23 mart. REPORT/ Martın 24-ü üçün Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Günün ikinci yarısında şimal-qərb küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 8-11 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında bəzi yerlərdə yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta olacaq. Gündüz 1-6 dərəcə isti olacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi