Yuxarı

Martın 20-dən havanın temperaturu enəcək, yağıntı olacaq - XƏBƏRDARLIQ

Havanın temperaturu martın 21-də ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək

Bakı. 18 mart. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə martın 20-si gündüzdən 21-i günün ikinci yarısınadək ölkə ərazisində hava şəraitinin qısa müddət qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda yağışın sulu qara, qara keçəcəyi, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu martın 21-də ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi