Martın 20-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Martın 20-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Rayonlarda arabir yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir
Ekologiya
19 Mart , 2015 12:52
Martın 20-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 19 mart. REPORT.AZ/ Martın 20-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 20-si və 21-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi