Madaqaskarda cırtdan lemurların yeni növü aşkar edilib

Madaqaskarda cırtdan lemurların yeni növü aşkar edilib Heyvan cırtdan lemur Qrovs adlandırılıb
Ekologiya
16 Yanvar , 2018 05:47
Madaqaskarda cırtdan lemurların yeni növü aşkar edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Amerikalı alimlər Madaqaskarda cırtdan lemurların yeni növünü kəşf ediblər.

“Report” xəbər verir ki, yeni növ "Primate Conservation" jurnalında təsvir edilib.

Heyvan avstraliyalı primatoloq Kolin Qrovsun şərəfinə "Cheirogaleus grovesi" - cırtdan lemur Qrovs adlandırılıb. Onun bədəninin uzunluğu 17 sm, quyruğunun uzunluğu 28 sm-dir. Digər lemurlarda olduğu kimi, onun da böyük gözləri və güclü dırnaqlı barmaqları var. Bu canlılar adanın cənub-şərq hissəsində yaşayır və iki milli parkda - Ranomafana və Andrinqitrada aşkar edilib. Onlar tropik meşələrdə məskunlaşır və əsasən, meyvələrlə qidalanırlar.

Yeni növü DNT analizi sayəsində kəşf etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi