Leysan xarakterli intensiv yağış yağacaq, şimşək çaxacaq, temperatur 3-5 dərəcə enəcək - XƏBƏRDARLIQ

Leysan xarakterli intensiv yağış yağacaq, şimşək çaxacaq, temperatur 3-5 dərəcə enəcək - XƏBƏRDARLIQ Bakı. 14 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Ekologiya
14 İyun , 2018 13:49
Leysan xarakterli intensiv yağış yağacaq, şimşək çaxacaq, temperatur 3-5 dərəcə enəcək - XƏBƏRDARLIQ
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 16-sı axşam bəzi şimal və qərb rayonlarında, 17-si gündüzdən 19-u gündüzədək isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Son xəbərlər

Orphus sistemi