Leyla Əliyeva Parisdə iqlim dəyişikliyi üzrə konfrans çərçivəsində rəsmi qəbulda iştirak edib - FOTO

Leyla Əliyeva Parisdə iqlim dəyişikliyi üzrə konfrans çərçivəsində rəsmi qəbulda iştirak edib - FOTO Tədbirdə Fransanın prezidenti Fransua Olland iştirak edib
Ekologiya
8 Dekabr , 2015 09:55
Leyla Əliyeva Parisdə iqlim dəyişikliyi üzrə konfrans çərçivəsində rəsmi qəbulda iştirak edib - FOTO

Bakı. 8 dekabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) çərçivəsində təşkil olunan rəsmi qəbulda iştirak edib. "Report" xəbər verir ki, rəsmi qəbul bu ölkənin Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi tərəfindən təşkil olunub. 

Tədbirdə Fransanın prezidenti Fransua Olland iştirak edib.

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 4-dək Parisdə BMT-nin iqlim dəyişikliyi ilə bağlı COP 21 konfransı keçirilib. Konfransda 150-dək ölkənin dövlət və hökumət başçıları iştirak edib. Tədbirdə bəşəriyyəti narahat edən iqlim dəyişikliyi ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi