Lerikdə 15 qızılağac ağacını kəsən şəxs cəzalandırılıb

Lerikdə 15 qızılağac ağacını kəsən şəxs cəzalandırılıb Bakı. 17 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Lerik rayonunun Vizəzəmin kəndi ərazisində köküstə yaş 15 qızılağac ağacının kəsildiyi aşkar edilib və təbiətə 8900 manat məbləğində ziyan dəydiyi məlum olub.
Ekologiya
17 Dekabr , 2018 11:31
Lerikdə 15 qızılağac ağacını kəsən şəxs cəzalandırılıb
0 : 00
0 : 00

Bakı. 17 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Lerik rayonunun Vizəzəmin kəndi ərazisində köküstə yaş 15 qızılağac ağacının kəsildiyi aşkar edilib və təbiətə 8900 manat məbləğində ziyan dəydiyi məlum olub.

Bu barədə "Report"a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı ağacların Lerik rayon sakini Asif Rzayev tərəfindən kəsildiyi müəyyən olunub və faktla bağlı təqsirkar barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi