Lerik meşəsini qıranlar tapıldı

Lerik meşəsini qıranlar tapıldı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.
Ekologiya
108
6 Fevral , 2020 16:35
Lerik meşəsini qıranlar tapıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Hücü kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.

"Report" xəbər verir ki, Nazirliyin yerli qurumlarının əməkdaşlarının keçirdikləri reyd zamanı fevralın 5-i gecə saat 5 radələrində "QAZel" markalı 10-OS-483 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 2 kubmetr həcmində ağcaqayın cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Samir Məmmədov barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi