Lerik Meşə-mühafizə və Bərpası Müəssisəsinin ərazisində yanğın olub

Lerik Meşə-mühafizə və Bərpası Müəssisəsinin ərazisində yanğın olub Yanğın nazirliyin əməkdaşlarının və yerli sakinlərin səyləri nəticəsində söndürülüb
Ekologiya
20 Yanvar , 2016 13:54
Lerik Meşə-mühafizə və Bərpası Müəssisəsinin ərazisində yanğın olub

Bakı. 20 yanvar. REPORT.AZ/ Bu gün səhər saat 9 radələrində Lerik Meşə-mühafizə və Bərpası Müəssisəsinin Gürdəsər Meşəbəyliyinin 7 saylı meşə dolayının 62 kvartalında yanğın hadisəsi baş verib. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, yanğın nazirlik əməkdaşlarının və yerli sakinlərin səyləri nəticəsində qısa müddət ərzində söndürülüb.

Nazirlik rəsmisi qeyd edib ki, yanğın 60 sot ərazini əhatə edib: "Quru ot və kol örtüyü yanıb. Ona görə də meşə fonduna ciddi ziyan dəyməyib. İlkin ehtimala görə, yanğın Babagil piri adlanan əraziyə gələn ziyarətçilərin səhlənkarlığı və ehtiyatsızlığı nəticəsində baş verib". 

Son xəbərlər

Orphus sistemi