Lənkəranda qanunsuz olaraq 30 ağac kəsilib

Lənkəranda qanunsuz olaraq 30 ağac kəsilib Qanun pozuntusu ilə bağlı toplanmış materiallar Lənkəran şəhər Prokurorluğuna göndərilib
Ekologiya
6 Oktyabr , 2017 11:42
Lənkəranda qanunsuz olaraq 30 ağac kəsilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəvilə kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı rayonun Separadi-Tükəvilə avtomobil yolunun sağ tərəfində, tarlaqoruyucu zolaqda yaş kök üstə 20-44 sm diametrliyində 30 ağacın (ağcaqayın və küknar) kəsildiyi məlum olub.

Araşdırma zamanı sözügedən ərazinin Separadi bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olduğu və təbiətə 8100 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qaydada akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran şəhər Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi