Yuxarı

Lənkəranda nadir bitkinin çiçəkləmə dövrü başlayıb

Lənkəranda nadir bitkinin çiçəkləmə dövrü başlayıb 379
Dinlə

Bakı. 22 iyun. REPORT.AZ/ Nadir və relikt bitki olan İpək akasiyasının çiçəkləmə dövrü başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nadir və relikt bitki olan, Azərbaycanın “Qırmızı Kitabı”na, Beynəlxalq Təbiəti Mühafizə Təşkilatının (İUCN) “nəsli kəsilmək təhlükəsi olan növlər” kateqoriyasına daxil edilən İpək akasiyası (lat.Albizia julibrissin) təbii halda Lənkəranın dağlıq hissəsində, Hirkan Milli Parkının ərazisində yayılıb və mühafizə edilir. Bu növə Cənubi Qаfqаz, Krım, Ukrаynа, Оrtа Аsiyа, İtаliyа, İrаn, Türkiyə, Frаnsа, Kоreyа və Şimаli Аmerikаdа təsаdüf olunur.

Hirkan subtropik meşələrində yabanı halda yayılan və hündürlüyü 18 metrə qədər olan dekorativ İpək akasiyası iyun-iyul aylarında çiçəkləyir. Bu günlərdə Hirkan Milli Parkı ərazisində çiçəkləyən İpək akasiyasının şəkillərini təqdim edirik. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi