Lənkəran və Lerikdə ağac kəsən şəxslərlə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

Lənkəran və Lerikdə ağac kəsən şəxslərlə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilib Bakı. 31 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Lənkəran rayonunun Şiləvar kəndi ərazisində “HOVA” markalı 99RC914 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 13,1 m3 həcmində müxtəlif cinsli işlik meşə materialı aşkar olunub.
Ekologiya
1637
31 Yanvar , 2019 09:27
Lənkəran və Lerikdə ağac kəsən şəxslərlə bağlı sənədlər hüquq-mühafizə orqanlarına göndərilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Lənkəran rayonunun Şiləvar kəndi ərazisində “HOVA” markalı 99RC914 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 13,1 m3 həcmində müxtəlif cinsli işlik meşə materialı aşkar olunub. 

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı avtomobili idarə edən şəxsin Lerik rayon sakini Mirməmməd İbrahimov olduğu müəyyən edilib.

Lerik rayonu ərazisində keçirilən reyd zamanı isə rayonun Piran kəndi ərazisində Biləsuvar rayon sakini Yaşar Mirzəyevin idarə etdiyi “Qazel” markalı 10XD178 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 180 kisə kömür aşkar edilib.

Hər iki faktla bağlı akt tərtib edilib və meşə fonduna dəyən 2860 manat məbləğində ziyan hesablanıb. Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilib.

Son xəbərlər

Orphus sistemi